Kokpit.az xatırladır ki, avstraliyalı sürücü sarı bayraqlara görə son cəhdini tamamlaya bilməyib və bəlkə də, poul uğrunda mübarizəni əldən vermiş olub.
Oskar Piastri: “Mənim üçün əsl problem ikinci cəhdimə başlaya bilməməyim oldu. Qasli son döngədə yerində fırlandı və buna görə də dövrəmə başlaya bilmədim.
Lando həftəsonu ərzində doğrudan da çox sürətli idi. Onu keçmək çətin olardı, amma maşınımızda ön cərgə üçün temp var idi. Buna görə də o fürsəti əldən vermək həmişə məyusedicidir. Yenə də üçüncü yerdən başlayıb yaxşı nəticə qazana bilərik. Bəzən işlər istədiyiniz kimi getməyə bilər.
Bu həftəsonu yarış tempimiz çox güclüdür. Ferrari-nin tempi də çox təsiredicidir. Bu bir az surpriz oldu, amma sabah üçün yaxşı fürsətlərimiz var. Üçüncü yerdə bitirməyi düşünmürəm. Bu dəqiqdir”.
Şərh əlavə et