Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Hər şey plan üzrə getdi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Avstriyada poul qazandığı dövrədən çox razıdır.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Şpilberqdə həm ikinci, həm də üçüncü sərbəst yürüşlərdə birinci yeri tutmuşdu. O, Red Bull Rinqdəki bu üstünlüyünü poulla taclandırıb.

Lando Norris: “Çox yaxşı dövrə idi. Son sessiyadakı ilk cəhdim pis deyildi, amma bilirdim ki, bir neçə yerdə düzgün işləsəm, yaxşı nəticə qazanacağam. Elə bunu da etdim.

Planlaşdırdığım kimi işlədim və belə anda işlər qaydasında getsə, yaxşı nəticə qazanarsınız. Gözəl gün idi. Həftəsonu indiyə kimi mənim üçün yaxşı keçdi. Ümid edirəm ki, davam etdirə bilərik.

Mövsüm uzundur və bu anın həzzini yaşayıram. Xüsusən də keçmişdə sıralanma turunda çətin anlar yaşadıqdan sonra… Bugünkü kimi bir dövrə vurmaq, belə performans göstərmək məni xoşbəxt etdi”.

Rauf Hacıyev

Şərh əlavə et