Xəbəri Kokpitdə Oxuyun!

Assendə sprinti Markes qazanıb

MotoGP üzrə Niderland Qran Prisinin sprint yarışında Mark Markes qalib olub.

Kokpit.az bildirir ki, yarışın startıdna pouldan başlayan Kuartararo liderliyini qorusa da, yarışa üçüncü yerdən başlayan Mark Markes liderlik uğrunda mübarizəyə erkəndən başlayıb.

Yarışın ilk dövrəsində Xoan Mir qəza edib. Raul Fernandes isə tras xaricinə çıxıb.

İkinci dövrədə isə Mark Markes liderliyə yüksəlib. Daha sonra Kuartararo Aleks Markes və Marko Bezzekkinin də hücumlarına tab gətirə bilməyib və dördüncü yerə geriləyib.

Lakin fransalı sürücünün şənbə günü yenə də istədiyi kimi bitməyib. O, yarışın sonuna dörd dövrə qalmış qəza edərək, mübarizəni vaxtından əvvəl dayandırıb.

Beləliklə yarışı Mark Markes qazanıb. Qardaşı Aleks Markes ikinci, Marko Bezzekki isə üçüncü yerləri tutublar.

Fabio di Canantonio dördüncü, Françesko Banyaya beşinci, Maverik Vinyales isə altıncı yerləri tutublar.

Rauf Hacıyev

Şərh əlavə et