Kokpit.az bildirir ki, fransalı sürücü 1.31.876 zaman nəticəsi ilə şənbə gününə əla başlanğıc edib. Onu 0.174 saniyə geridə Françesko Banyaya izləyib. Pedro Akosta isə liderdan 0.194 saniyə geridə qalaraq, üçüncü olub.
VR46 komandasının sürücüsü Marko Bezzekki dördüncü, Mark Markes beşinci yeri tutub.
Vinyales və Franko Morbidelli eyni zaman nəticəsini göstərsələr də, birinci dövrə atan Vinyales altıncı, Morbidelli isə yeddinci yeri tutub. Onluğu Fermin Aldequer, Aleks Markes və Fabio di Canantonio bağlayıblar.
Şərh əlavə et