Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycanda F1 filminin təqdimatı keçirilib

“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Formula 1 yarışlarının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə “Formula 1” idman dramının premyeradan öncə nümayişi keçirilib.

Filmin rejissoru “Top Qan: MeverikCəsurlar işikimi işləri ilə tanınan Cozef Kosinskidir. Baş rolları Hollivud ulduzları Bred Pitt, Demson İdris Xavyer Bardem canlandırıblar. Filmdə həmçinin hazırda yarışan Formula 1 pilotları da iştirak ediblər. Layihə ninprodüserlərindən biri yeddiqat dünya çempionu Lyuis Hemiltondur.

Çəkilişlər 2023-cü ildə başlayıb real traslarda aparılıb. Bu film üçün xüsusi avtomobillər hazırlanıb. Onlara kamera, qeydiyyat qurğuları, akkumulyatorlar və ötürücülər daxil olmaqla on beş dayaqlı sistem quraşdırılıb. Uydurma APXGP komandası öz pit stop zonası, komanda körpüsü ilə təmin olunub, film üçün hazırlanmış yarış avtomobilləri isə yarışlardan əvvəl start düzülüşünün sonunda yerləşdirilib. Üç ay ərzində yürüşlərə hazırlaşan aktyorlar bolidlərin içində əyləşiblər.

Filmin süjeti APXGP komandası ətrafında qurulub. Ağır qəzadan sonra avtoidmandan uzaqlaşmış əfsanə vipilot Sonni Heys (Bred Pittin ifasında) traslara qayıdırki, komandanın ikinci pilotu gənc, istedadlı pilot Coşua Pirsin (Demson İdrisin ifasında) mentoruna çevrilsin.

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar iri təşkilatların rəhbərləri, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qonaqları iştirak ediblər.

Gecə “Formula 1” filminin birgə izlənməsi ilə yekunlaşıb.

Tamaşaçılar ilin ən çox gözlənilən filmini CineMastercardkinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis türk dillərində izləyə biləcəklər. HəmçininCineMastercardkinoteatrı “Formula 1” filmini ən son texnologiyalar olan 4DX ScreenX formatların daizləmə imkanı təqdim edir.

Rauf Hacıyev

Şərh əlavə et