Fransalı sürücü son dövrəsində Aleks Markesi, Pedro Akostanı, Marko Bezzekkini və Françesko Banyayanı geridə qoyaraq günün ən sürətli pilotu olub.
Günün ən çox diqqət çəkən hadisələrindən biri isə Mark Markesin keçirdiyi ikinci qəza idi. Səhər sessiyasında 15-ci döngədə baş verən ağır qəzanın ardından, Markes nahardan sonra 7-ci döngədə sürətlə çınqıllı zonaya çıxıb. Buna baxmayaraq o, əsas sessiyada qazandığı altıncı yerə görə sabahkı sıralanma turuna birbaşa ikinci sessiyadan başlayacaq.
Günün son sessiyası bir neçə qəzaya görə iki dəfə qırmızı bayraqla dayandırılıb. İlk qırmızı bayraq Trackhouse Aprilia konandasının pilotu Ai Oquranın 11-ci döngədə keçirdiyi ağır qəzanın ardından verildi. Qəzadan sonra yapon sürücünün motosikleti alışdı. Silverstounda ayağını qıran Oquranın bu dəfə bəxti gətirib və o, trası yeriyərək tərk edə bilib.
İkinci qırmızı bayraq isə Aprilia komandaslnlb sürücüsü Lorenzo Savadorinin 8-ci döngədə baş verən qəzasından sonra gəldi. Savadorinin RS-GP motosikleti trasın ortasında qalıb və təhlükəsizlik üzrə məsləhətçi Loris Kapirossi hadisə yerindəki maye sızmasını yoxlamaq üçün trasa baxış keçirib. Bu səbəbdən sessiyanın dayandırılması bir qədər uzun çəkib.
Günün ikinci yarısında ilk qəzaya uğrayan sürücü Alex Markes olub. Onu qısa zamanda komanda yoldaşı Fermin Aldequer, Yohan, Zarko, Franko Morbidelli, Enea Bastianini və Aleş Esparqaro izləyiblər. Ümumilikdə 8 sürücü sessiya ərzində qəza keçirib. soyuq hava şəraiti və Michelin-in Medium ön təkəri ilə yetərli ilişmə əldə etmək çətin olub.
Səhərki qəzanın təsiri ilə Mark Markes daha ehtiyatlı strategiya seçərək istifadə olunmuş Soft ön təkərə keçib və Ducati-nin yeni aerodinamik paketi ilə qısa müddətlik də olsa, liderliyi ələ alıb.
Sessiyanın sonuna yaxın bir çox sürücünün artıq ehtiyat motosikleti qalmadığı üçün zaman dövrələri daha da kritik əhəmiyyət qazandı. Françesko Banyaya rəqiblərindən fərqli olaraq trasda daha təmiz bir zona tapmaq üçün fərqli strategiya seçib və bu taktika nəticə verib – o, komanda yoldaşını 0.045 saniyə qabaqlayaraq liderliyi ələ alıb. Lakin son dəqiqələrdə Kuartararo, Aleks Markes, Akosta və Bezzekki ardıcıl olaraq sürətli dövrələr vuraraq, Banyayanı keçiblər.
Beləliklə, dörd fərqli istehsalçıdan olan dörd sürücü günü dördlükdə bağlayıblar.
Şərh əlavə et