Kokpit.az bildirir ki, 17 yaşlı sürücü hazırda Campos komandası ilə Formula 2-də yarışır. O, FİA-nın superlisenziyasını aldıqdan sonra İmola trasında Racing Bulls bolidi ilə Formula 1 testi edib.
Britaniya vətəndaşı olan Lindblad həftənin birinci günü İmola trasında Racing Bulls-un 2023-cü il bolidi AT04 ilə test edib. Testdə Arviddən savayı Red Bull Gənc Sürücü Proqramının digər üzvü Ayumu İvasa da iştirak edib.
Arvid Lindbladın Britaniyadakı birinci sərbəst yürüşlərə də eyni komanda ilə qoşulması gözlənilir.
Helmut Marko bu barədə belə danışıb: “Arvid həftənin birinci günü İtaliyada yarım gün Formula 1 testi etdi. Silverstoundakı cümə sərbəst yürüşlərində də sükan arxasına keçəcək. Zehni cəhətdən dözümlülüyü və özünə olan inamı onu digərlərindən fərqləndirir”.
Red Bull və Racing Bulls komandalarının ehtiyat sürücüsü Ayumi İvasa idi. Lakin yaponiyalı sürücü eyni zamanda Super Formula seriyasında mübarizə aparır. Buna görə də Red Bull ehtiyat sürücü heyətini böyütmə qərarı alıb.
Helmut Marko bu barədə də fikir bildirib: “Maks Ferstappenin cəza ballarına görə hazırlıq edirik.
Hazırda iki ehtiyat sürücümüz var – Lindblad və İvasa. Amma İvasanın Formula 1 proqramı ilə Yaponiyadakı Formula E proqramı üst-üstə düşür.
Bəzi yarışlarda başqa komandalarla da ehtiyat sürücü müqaviləmiz olub. Bəzən elə olub ki, bir sürücü üç fərqli komandada işləyib. Formada olan sürücü tapmaq elə də asan deyil. Buna görə də Lindbladı seçmişik”.
Şərh əlavə et