Kokpit.az xatırladır ki, əfsanəvi sürücünün FİA prezidentliyinə namizəd olacağı ilə bağlı iddialar yayılmışdı.
Lakin cənab Karlos Sayns verdiyi açıqlamada bunları deyib: “Bütün ictimaiyyətə bildirmək istəyirəm ki, FİA-nın prezident seçkilərinə namizəd olmamağa qərar vermişəm”.
Təcrübəli pilot qeyd edib ki, o, son aylarda FİA-nın hazırkı sistemini və prezidentliyin çətinliklərini çox dərin formada təhlil edib: “Vacib layihə üçün lazımi şərait yoxdur”.
Bundan başqa Karlos Sayns 2026-cı ildəki Dakar Rallisini də səbəb göstərib: “Prezidentlik üçün doğru formada kampaniya keçirməyim Dakar Rallisinə hazırlıqlarıma ciddi formada təsir edəcəkdi. Ford komandası ilə olan əlaqələrimi zəiflətmək istəmirəm”.
Buna baxmayaraq Sayns inanır ki, FİA-da dəyişiklik lazımdır və avtoidmana fayda vermək istəyir: “Namizədlikdən çəkilsəm də, FİA-nın gələcəkdə vacib dəyişikliklərə ehtiyacı olduğunu düşünürəm. Ümid edirəm ki, bu dəyişikliklər gələcəkdə reallaşacaq”.
Sonda Karlos Sayns ona gələn dəstək mesajlarına görə təşəkkür edib: “Aldığım dəstək hazırkı və gələcəkdəki hədəflərim üçün mənə inam verdi”.
Şərh əlavə et