Xəbəri Kokpitdə Oxuyun!

Cənab Karlos Sayns namizəd olmayacaq

Əfsanəvi ralli sürücüsü və Williams komandasın sürücüsü Karlos Saynsın atası cənab Karlos Sayns FİA-nın prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.

Kokpit.az xatırladır ki, əfsanəvi sürücünün FİA prezidentliyinə namizəd olacağı ilə bağlı iddialar yayılmışdı.

Lakin cənab Karlos Sayns verdiyi açıqlamada bunları deyib: “Bütün ictimaiyyətə bildirmək istəyirəm ki, FİA-nın prezident seçkilərinə namizəd olmamağa qərar vermişəm”.

Təcrübəli pilot qeyd edib ki, o, son aylarda FİA-nın hazırkı sistemini və prezidentliyin çətinliklərini çox dərin formada təhlil edib: “Vacib layihə üçün lazımi şərait yoxdur”.

Bundan başqa Karlos Sayns 2026-cı ildəki Dakar Rallisini də səbəb göstərib: “Prezidentlik üçün doğru formada kampaniya keçirməyim Dakar Rallisinə hazırlıqlarıma ciddi formada təsir edəcəkdi. Ford komandası ilə olan əlaqələrimi zəiflətmək istəmirəm”.

Buna baxmayaraq Sayns inanır ki, FİA-da dəyişiklik lazımdır və avtoidmana fayda vermək istəyir: “Namizədlikdən çəkilsəm də, FİA-nın gələcəkdə vacib dəyişikliklərə ehtiyacı olduğunu düşünürəm. Ümid edirəm ki, bu dəyişikliklər gələcəkdə reallaşacaq”.

Sonda Karlos Sayns ona gələn dəstək mesajlarına görə təşəkkür edib: “Aldığım dəstək hazırkı və gələcəkdəki hədəflərim üçün mənə inam verdi”.

Rauf Hacıyev

Şərh əlavə et