Serxio hesab edir ki, komanda artıq onun xidmətlərindən imtina etmək qərarına görə peşman olub.
Dede el Paddock-un “Sizcə, Red Bull Racing sizdən üzr istəməlidirmi?” sualına cavab olaraq Serxio deyib: “Xeyr. Axı bu idmandır. Onlar öz üzərlərində yaratdıqları böyük təzyiq səbəbilə müəyyən qərarlar qəbul ediblər. Amma bilirəm ki, dərinlikdə onlar mənimlə bağlı verdikləri qərardan peşman olublar. Mən bunu çox etibarlı mənbədən öyrənmişəm.
Bu vəziyyətdə nə etmək olar? Yoluna davam etmək, baxmayaraq ki, bu asan deyil. İnsanlar düşünə bilər ki, onların yaşadığı problemlərə baxıb zövq alıram, amma belə deyil, çünki komandada hələ də çox yaxşı dostlarım qalıb”.
Serxio Peres əlavə edib ki, Red Bull Racing-dəki problemlərin ilkin səbəbi komandanın texniki direktoru Adrian Nyuinin gedişidır: “Bizim əla komandamız olub. Zamanla mövqelərimizi yavaş-yavaş itirmişik, amma buna baxmayaraq çox yüksək rəqabət şəraitində xüsusi nəticələr qazanmışıq. Biz, məsələn, Mercedes kimi dominant olmamışıq. Onların mühərrik sayəsində böyük üstünlüyü olub, bizdə isə fərqlər minimal idi. Əsl problemlər Adrianın gedişi ilə başlayıb”.
Şərh əlavə et