Kokpit.az bildirir ki, yeddiqat dünya çempionu Ferrari-nin SF-25 bolidinin performans çatışmazlıqları səbəbilə 10 yarışdan sonra podiuma belə yüksələ bilməyib. Bu isə onun karyerasında ilk dəfə 13 yarışlıq podiumsuz seriya riskini gündəmə gətirib.
Həmilton Ferrari-yə keçəndə, komandanın yenidən çempionluq üçün namizəd ola biləcəyini düşünürdü. Lakin 40 yaşlı sürücü hazırda Sürücülər Çempionatında 79 xalla 6-cı yerdədir və lider Oslar Piastridən 119 xal geri qalır.
Ferrari isə Mühəndislər Kubokunda McLaren-dən 197 xal geri qalaraq üçüncü yerdə qərarlaşıb.
Həmilton Leklerin kölgəsində qalıb
Lyuis Həmilton Ferrari-dəki ilk mövsümündə komanda yoldaşı Şarl Leklerin gerisində qalıb. 2025-ci ildə Ferrari-yə bütün podiumları Şarl Lekler gətirib. Həmiltonun ən yaxşı nəticəsi isə 4-cü yer olub.
Sıralanma turunda: Lekler – 7 / Həmilton – 3
Yarış nəticələrində: Lekler – 8 / Həmilton – 1
Sprint yarışlarında Həmilton daha güclü görünür — Çində sprint qələbəsi, Mayamidə 3-cü yer — lakin bazar günü yarışlarında Ferrari-nin yarış tempi ciddi problem yaradır.
Primitiv iş üsulları və uyğunlaşma çətinliyi
Həmilton Ferrari-dəki iş üsullarını “çox primitiv” adlandıraraq, indiyə qədərki inkişaf prosesindən məmnun olmadığını açıq şəkildə dilə gətirib.
Komandada “arxa planda” aparılan texniki inkişaf da gözlənilən nəticəni vermir və bu, Həmiltonun SF-25 bolidinə uyğunlaşmasını daha da çətinləşdirir.
Keçmiş komanda yoldaşı Valtteri Bottas bildirib ki, Ferrari-nin mühərrik əyləci istifadəsi və idarəetmə xüsusiyyətləri Həmiltona çətinlik yaradır.
Mercedes komandasının rəhbəri Toto Volff isə Həmiltonun hələ də uyğunlaşma dövründə olduğunu müdafiə edir.
Tarixi podyum həsrətinə az qalır
Əgər Həmilton Avstriya Qran Prisində də podiuma çıxa bilməsə, 2024-cü il Las Veqas yarışından bu yana 13 yarışlıq podyumsuz seriyaya imza ataraq, karyerasının ən uzun podium həsrətini yaşamış olacaq.
Şərh əlavə et