Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen xüsusi dəbilqəsini təqdim edib

Red Bull komandasının sürücüsü Maks Ferstappren Avstriya Qran Prisi üçün hazırlatdığı xüsusi dəbilqəsini təqdim edib.

Kokpit.az bildirir ki, bu dizaynın adı Narıncı Aslandır. Bu dəbilqədən sadəcə Avstriya yarışında yox, Belçika və Niderland yarışlarında da istifadə olunacaq.

Bu dəbilqə dizaynına görə Ferstappenin klassik ağ və qızılı dəbilqəsindən fərqlənir. Burada tünd göy və narıncı rəng çalarları üstünlük təşkil edir. Rəng seçimi Red Bull-un bolidi ilə tamamilə uyğundur. Dəbilqənin üst hissəsində isə həmişəki kimi aslan şəkli görürük.

Qeyd edək ki, Red Bull komandası bu il elə də ürəkaçan mövsüm keçirmir. Ferstappenin ardıcıl beşinci titulu qazanmaq şansı hər yarışdan sonra bir az daha azalır. Niderlandlı pilot hazırda çempionatın lideri Oskar Piastridən 43 xal geridə qalır.

Bundan başqa son 4 ilin Çempionu bir yarışdan ixrac oluna bilər. Belə ki, Maksın passivində hazırda 11 cəza xalı var. O, Avstriyada bir cəza xalı alacağı halda, bir yarışdan ixrac edilə bilər. Avstriya yarışından bir gün sonra – 30 iyunda onun passivindən 2 cəza xalı silinəcək.

Rauf Hacıyev

Şərh əlavə et