Xəbəri Kokpitdə Oxuyun!

Ferrari yeni altlıqla gəlir

Ferrari çox pis keçən yarışlardan sonra SF-25-in performansını artırmaq üçün Avstriya Qran Prisinə yeniliklərlə gəlir.

Kokpit.az bildirir ki, “qırmızılar” Red Bull Rinq trasına yeni altlıqla gələcəklər və bununla da aerodinamika problemlərini həll etməyə çalışacaqlar.

SF-25 qış testlərindən etibarən dar sazlanma aralığı və balanssız aerodinamikası ilə sürücülərə problem yaradırdı. Bu problemlər arxa asılqan sistemindəki çatışmazlıqlara görə lap çox üzə çıxıb. Belə olan halda Lyuis Həmilton əyləcləmə zamanı ciddi problemlərlə üzləşib. Belə olan halda da yeddiqat Dünya Çempioni stabil çıxış edə bilmir.

İtaliya mətbuatının xəbərinə görə Avstriya Qran Prisinə gətirilən altlıq Avstraliya Qran Prisində üzə çıxan konsept səhvlərindən sonra düzəldilib. Bu altlıq əslində Silverstoundakı həftəsonuna gətirilməli idi. Lakin italyanlar inkişaf tempini artıraraq, bu yeniliyi Red Bull Rinqə gətirir.

Ferrari bu yeniliklə böyük sürətlənmə gözləməsə də, bir neçə salisə qazana bilər. Bu da çox vacibdir.

Texniki heyət bu yeniliyi kiçik toxunuş yox, bolidin xarakterini dəyişmək üçün addım adlandırır. Red Bull Rinq kimi qısa və texniki yığcam traslarda SF-25-in zəif yönləri daha az önə çıxdığı üçün bu yeniliklərin təsiri daha dəqiq hiss oluna bilər.

Lakin Ferrari komandası SF-25-in inkişafını tamamilə dayandırıb. İyunun ortasından etibarən aerodinamik boruya 2026-cı ilin layihəsi olan 678 yerləşdirilib.

Bu isə onu göstərir ki, Fertari 2025-ci ilə keçid mövsümü kimi baxır. Ancaq italyan təmsilçisi 2025-ci ildə yarış qələbələri və ikinci yer hədəfini hələ də qoruyub saxlayır.

Yeni altlıq və yenilik paketləri ilə SF-25-in məhdud da olsa, bəzi çatışmazlıqlarının aradan qaldırılması hədəflənir. Bu həm komanda üçün, həm də Lyuisin əhvalını qaldırmaq üçün vacib addımdır.

Rauf Hacıyev

Şərh əlavə et