Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin sürücü akademiyası açıb

Aston Martin komandası gənc istedadları dəstəkləmək üçün yeni sürücü akademiyası qurub. Akademiyanın ilk üzvü isə hazırda FİA Formula 3 seriyasında yarışan ispaniyalı sürücü Mari Boyadır.

Kokpit.az bildirir ki, yeni qurulan akademiyada gənc sürücülər kartinq səviyyəsindən etibarən kəşf ediləcək və təkmilləşəcəklər.

Bu sistem hazırda Formula 2-də mübarizə aparan Cek Krouford kimi sürücülərin aldığı inkişaf proqramının üzərində qurulub.

Aston Martin komandasının rəhbəri Endi Kovell yeni akademiya barədə bunları deyib: “Əvvəlcə Marini bu yeni proqramda böyük məmnuniyyətlə qarşılayırıq. O, təsiredici keçmişə, təbii sürətə və qərarlı zehniyyətə sahibdir. Mari böyük gələcək vəd edir. O, balanslı idmançıdır və avtoidmanda bu xüsusiyyətə böyük dəyər veririk.

Məqsədimiz onu sadəcə yarışlar cəhətdən yox, texniki geribildirim, mətbuat ilə münasibətlər, fiziki inkişaf və şəxsi inkişaf kimi sahələrdə dəstəkləyərək yüksək səviyyədəki yarışlara hazırlamaqdır.

Bundan başqa Aston Martin Aramco Formula 1 Komandasının Sürücü Akademiyasını başlatdığımız üçün qürurluyuq.

Bu yeniliklə birlikdə möhtəşəm sürüş istedadlarını tapmaq və inkişaf etdirmək fürsətini qazanırıq. Karyeralarının çətin və rəqabətədavamlı mərhələlərimdən keçərkən bu gənc istedadlara yol göstərmək bizim üçün fəxrdir”.

Mari Boya isə Aston Martin-ə keçidi ilə bağlı bunları deyib: “Aston Martin Aramco Formula 1 Komandasının Sürücü Akademiyasına qatılmaq xəyallarımın reallaşması kimidir. Formula 1-də belə böyük hədəfləri olan komandadan dərs almaq mənim üçün böyük fürsətdir.

Məqsədik bacardıqca çox məlumat toplamaq, hər sahədə qatqı vermək və trasda potensialımı göstərməkdir. Belə prestijli Formula 1 komandasının üzvü olmaq və Aston Martin Aramco-ya addım atmaq mənim üçün inanılmaz təcrübədir. AMR Texnologiya Düşərgəsi doğrudan da ilhamverici yerdir. Üzərimdə çox işləyərək inkişaf edəcəm və önümə çıxan fürsətləri dəyərləndirəcəm”.

Qeyd edək ki, Mari Boya bu həftəsonu Formula 3 üzrə Avstriya Qran Prisində Aston Martin loqotipli dəbilqə və kombinezonla yarışacaq.

Rauf Hacıyev

Şərh əlavə et