Kokpit.az bildirir ki, irlandiyalı sürücü Red Bull Rinq trasında keçiriləcək birinci sərbəst yürüşlərdə Lando Norrisi əvəz edəcək.
19 yaşlı sürücü Formula 2 çempionatında bu il debür etsə də, ikisi qələbə olmaqla dörd podium qazanıb və hazırda çempionatda liderdir. Dan daha əvvəl McLaren MCL60 ilə testlər edərək, Formula 1-ə hazırlaşıb.
Aleks Dan: “Hazırlıq prosesi yaxşı keçdi. MCL60 ilə bir neçə testə qatıldım və simulyatorda çoxlu vaxt keçirdim. Mənə güvəndikləri üçün Zek Braun, Andrea Stella və Alessandro Alunni Braviyə təşəkkür edirəm. Bu inkişafım üçün çox böyük addımdır”.
McLaren komandasının rəhbəri Andrea Stella isə Dan barədə bunları deyib: “Onun birinci sərbəst yürüşlərdə trasa çıxması inkişafı üçün çox vacibdir. Onun həftəsonu ərzində verəcəyi geribildirimlər bolidin sazlanması üçün faydalı olacaq”.
Sonda Stella əlavə edib ki, müasir dövrdə Formula 1 bolidi sürmək üçün fürsətlər az olduğu üçün bu cür sessiyalar gənc sürücülər üçün önəmlidir.
Şərh əlavə et