Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Beqanoviç Lekleri əvəz edəcək

Hazırda Formula 2-də mübarizə aparan Dina Beqanoviç Avstriya Qran Prisinin birinci sərbəst yürüşlərində Ferrari SF-25-in sükanı arxasına keçəcək.

Kokpit.az bildirir ki, isveçki sürücü Şarl Lekleri əvəz edəcək. 21 yaşlı pilot Ferrari Sürücü Akademiyasının yetirməsidir. Beləliklə Dino bu mövsüm ikinci dəfə SF-25-i idarə edəcək. O daha əvvəl Bəhreyn Qran Prisinin birinci sərbəst yürüşlərində Şarl Lekleri əvəz etmişdi.

Qeyd edək ki, Dino Beqanoviç hazırda Formula 2 Çempionatında 10-cu yerdədir. O, 2023 və 2024-cü illərdə Formula 3-də çıxış edib və hər iki mövsümdə də altıncı yeri tutub. İsveçli sürücü Ferrari Sürücü Akademiyasına 2020-ci ildə qoşulub.

Beləliklə Ferrari komandası Avstriyada sərbəst yürüşlərdə Dino Beqanoviçlə iştirak edərək, bu mövsüm 4 icbari gənc sürücü testindən ikisini tamamlayacaq. Gənc sürücülərlə qalan iki sərbəst yürüşlər isə mövsümün növbəti Qran Prilərində – Lyuis Həmiltonun maşınında baş tutacaq.

Rauf Hacıyev

Şərh əlavə et