Kokpit.az bildirir ki, Samsung şirkəti Galaxy S24 seriyasındakı RAM tutumuna görə tənqid olunmuş və koreyalılar S25 seriyasında 12 GB RAM-a keçərək, bu səhvlərini kompensə etmişdilər. İndi isə çıxan yeni iddialara görə Samsung S26 seriyalarında 16 GB RAM-dan istifadə edəcək.
Samsung-un RAM tutumunu artırmasında iki əsas səbəb var: Birincisi telefonlarda getdikcə çox yer tutan süni intellekt xüsusiyyətləri, ikincisi isə Çin şirkətlərinin telefonlarında xüsusiyyətləri artırması… Galaxy S25 Ultra modelində 16 GB RAM sadəcə bəzi hissələrdə təqdim edilmişdi. Lakin 16 GB RAM tutumunun S26 seriyalarının hamısında gələcəyi gözlənilir.
Apple-da isə vəziyyət bir qədər fərqlidir. Eyni iddialara görə iPhone 17 seriyasında 12 GB RAM-dan istifadə olunacaq. Ancaq sadə modellərin hələ də 8 GB RAM ilə istehsal olunması gözlənilir. 2026-cı ildə istehsal ediləcək iPhone 18 seriyasında isə 12 GB RAM-ı bütün modellərdə görə bilərik.
Galaxy S26 seriyasının 16 GB RAM ilə gəlməsi ağıllı telefonlardakı RAM rəqabətinin artdığını göstərir. Süni intellekt xüsusiyyətlərinin getdikcə artdığı dövrdə telefonların necə inkişaf edəcəyi hamıya maraqlıdır.
Şərh əlavə et