Xəbəri Kokpitdə Oxuyun!

Apple üztanıma sistemini ekranın altına keçirir?

Apple şirkətinin iPhone 18 Pro və Pro Max modellərində ekran altı üztanıma texnologiyasından istifadə edəcəyi ilə bağlı dedi-qodular yayılıb. Bu yenilikdə HİAA adlı texnologiyadan istifadə ediləcək. 

Dedi-qodulara əsasən iPhone 18 Pro modeli 6.27 düyməlik, Pro Max modeli isə 6.86 düyməlik OLED ekranla istehsal ediləcək. Hər iki telefonda da LTPO texnologiyalı 1.5K meqapiksel panellərdən istifadə ediləcək. Bundan başqa həm ön kamera, həm də üztanıma sistemi ekranın altına yerləşdiriləcək. Bu yenilikdə HİAA adlı texnologiya rol oynayacaq.

Üztanıma sisteminin ekranın altına yerləşdirilməsi bu texnologiya üçün önəmli addımdır. Bu sistem indiyə kimi ancaq ön kameralarda istifadə olunub. İndi isə üz tanıma sistemində tətbiq ediləcək. Amma üztanıma sistemindəki sensorların ekran altında necə işləyəcəyi hələ məlum deyil. Lakin Apple şirkətinin bunun üçün artıq testlərə başladığı iddia olunur.

Əslində üz tanıma sisteminin ekran altına daşınması iddiaları iPhone 15 və 17 seriyalarında gündəmə gəlmişdi. Ancaq son məlumatlara görə bu yenilik ilk dəfə iPhone 18 Pro modellərində tətbiq ediləcək. Bunun üçün işlərin qaydasında getməsi vacibdir. Test prosesində bir problem yaşansa, planlar dəyişə bilər.

Rauf Hacıyev

Şərh əlavə et