Kokpit.az bildirir ki, 11 dövrəlik sprint yarışının startında Mark Markes yerindən gec tərpənib və dördüncü yerə qədər geriləyib. Françesko Banyaya isə yaxşı startla liderliyi ələ alıb. İkinci yerə Mark Markes, üçüncü yerə isə Fabio Kuartararo yüksəliblər.
Birinci döngədə Yohan Zarko və Bred Binder qəza ediblər. Daha sonra Pedro Akosta da qəza edib.
Bir dövrədən sonra Françesko Banyaya, Aleks Markes və Mark Markes birinci yer uğrunda mübarizə aparıblar. Alek bu mübarizədən sonra birinci, Mark isə ikinci yerə yüksəlib.
Yarışın dördüncü dövrəsində Mark Markes liderliyə yüksəlib. Yarışın geri qalanında başqa ciddi hadisə olmayıb. Beləliklə, Mark Markes Mucelloda sprint yarışının qalibi olub. Aleks Markes ikinci, Françesko Banyaya üçüncü yerləri tutublar.
Şərh əlavə et