Xəbəri Kokpitdə Oxuyun!

Mercedes komandası rekord gəlir əldə edib

Mercedes komandası 2024-cü il üçün maliyyə nəticələrini açıqlayıb. Lyuis Həmiltonun sonuncu dəfə komandada olduğu ildə rekord gəlir əldə edilib.

Kokpit.az xəbər verir ki, Mercedes-in vergidən sonra qazancı 2023-cü ilə nisbətən 36.498.000 funt-sterlinq artaraq rekord həddə – 120.344.000 funt-sterlinq olub. Toto Volffun imzaladığı maliyyə hesabatı göstərir ki, 2024-cü ildə komandanın sponsorluq və lisenziya gəlirləri əvvəlki ilə nisbətən 60%-dən çox artıb.

Komandanın dövriyyəsi 89,575,000 funt sterlinq artaraq 636,025,000 funt-sterlinqə yüksəlib. 2023-cü illə müqayisədə komandanın xərcləri keçən il 413,671,000 funt sterlinqdən 448,793,000 funt-sterlinqə yüksəlib. Bu artım 2023-cü illə müqayisədə 2024-cü ildə daha iki Qran Prinin keçirilməsi ilə bağlıdır.

2024-cü ildə Mercedes komandası 42.702.000 funt sterlinq vergi ödəyib.

Elçin Zodorov

Şərh əlavə et