Kokpit.az bildirir ki, sessiyanın ilk 10 dəqiqəsindən sonra Mark Markes 1.45.782 zaman nəticəsi ilə birinci yerə yüksəlib. Onu 0.239 saniyə geridə Fabio Kuartararo izləyib. Üçüncü yerdə isə Aleks Markes qərarlaşıb. Ancaq bir neçə dəqiqədən sonra Aleks ikinci yerə yüksəlib. Onun qardaşı Mark Markes isə liderliyini davam etdirib.
Sessiyanın bitməsinə bir neçə dəqiqə qalmış Fabio Kuartararo 1.45.846 zaman nəticəsi ilə ikinciliyi yenidən ələ keçirib. Maverik Vinyales isə 1.45.727 zaman nəticəsi ilə birinci yerə yüksəlib.
Beləliklə Maverik Vinyales ikinci sərbəst yürüşləri zirvədə bağlayıb. Mark Markes ikinci, Fabio Kuartararo üçüncü yerləri tutublar.
Aleks Markes dördüncü, Pedro Akosta beşinci, Di Canantonio altıncı, Marko Bezzekki yeddinci olublar. Onluğu Franko Morbidelli, Fermin Aldequer və Françesko Banyaya bağlayıblar.
Şərh əlavə et