Kokpit.az bildirir ki, ispaniyalı sürücü isti havada keçən sessiyada yerli qəhrəman Françesko Banyaya 0.110 saniyə qabaqlayıb birinci olub. Çempionatın lideri Mark Markes isə cüzi uduzaraq üçüncü yeri tutub. Aleks Markes dördüncü yeri tutduğu halda, onun komanda yoldaşı Fermin Aldequer ilk onluqdan kənarda qalıb və sabahkı sıralanma turuna birinci sessiyadan qatılacaq.
Çiyin zədəsindən qayıdan Fabio Kuartararo və Aprilia komandasından Marko Bezzekki müvafiq olaraq beşinci və altıncı yerlərdə qərarlaşıblar. Onluğu Aleks Rins, Pedto Akosta, Franko Morbidelli və Fabio di Canantonio bağlayıblar.
Səhər sessiyasında Marko Bezzekki ilə Pedro Akostanın göstərdiyi 1.46.199 zaman nəticəsini əsas sessiyanın əvvəllərində Maverik Vinyales və Aleks Markes 1.45-lik nəticələrdlə qabaqlayıb.
Pedro Akosta və Mark Markes köhnə təkərlərlə tempi artırıb liderliyə yüksəlsələr də, son 15 dəqiqədə atdığı dövrələrlə birinciliyi ələ alıb.
Fabio Kuartararo sessiyanın əvvəlində dördüncü döngədə qəza edərək, çınqıllığa düşüb. Qəzadan sonra onun sol çiyninə “qismən çıxmış” diaqnozu qoyulub. O, tibbi yoxlanışdan qısa müddət sonra skuter ilə paddoka qayıdıb.
Bütün bu çətinliklərə baxmayaraq Kuartararo lider Vinyalesdən 0.311 saniyə geridə qalaraq beşinci olub. Pramac Yamaha komandasının sürücüsü Cek Miller isə sessiyanın ortalarında son döngədə qəza edib.
Şərh əlavə et