Xəbəri Kokpitdə Oxuyun!

Lindblad testə hazırlaşır

Red Bull-un gənc istedadlarından olan Arvid Lindblad gələn həftə İmolada karyerasının ilk tam formatlı Formula 1 testinə çıxmağa hazırlaşır.

Motorsport İtaliya-nın məlumatına görə, hazırda Formula 2-də yarışan 17 yaşlı Lindblad 23 iyun bazar ertəsi günü İmoladakı Autodromo Enzo e Dino Ferrari trasında 2023-cü ilin AlphaTauri bolidi AT04-un sükanı arxasına keçəcək.

Bu test, gənc pilotun fevral ayında eyni trasda həyata keçirdiyi 300 kilometrlik məhdud yürüşdən sonra bir F1 bolidində keçirəcəyi ilk tam günlük test olacaq.

Test xəbəri FIA-nın Lindblad-a superlisenziya verməsindən dərhal sonra gəlib. Lindblad superlisenziya üçün hələ minimum yaş həddi olan 18-ə çatmasa da, FIA onun “biroturacaqlı seriyalarda son dövrlərdə yaxşı çıxış etdiyini” bildirərək lisenziya verməyi uyğun görüb.

Imola testinin əsas məqsədi Lindbladı Red Bull və ya Racing Bulls komandasında ehtiyat pilot vəzifəsinə hazırlamaqdır. Hazırda Maks Ferstappen yarışdan kənar qalma cəzasına yalnız bir cəza balı uzaqlıqdadır. Niderlandlı sürücü Avstriya Qran Prisində qayda pozuntusu etsə, o, bir yarışdan uzaqlaşdıra bilər.

Həmçinin, Red Bull-un dəstəklədiyi dörd Formula 1 pilotundan biri zədələnsə və ya xəstənsə, Lindblad ehtiyat namizəd kimi nəzərdən keçirilə bilər.

Bununla belə, bu testin əsas məqsədlərindən biri gənc sürücünü debütant sürücülər üçün nəzərdə tutulmuş məşq sessiyalarına hazırlamaq kimi görünür. Yenilənmiş qaydalara əsasən, komandalar il ərzində ən azı dörd məşq sessiyasını gənc sürücülərə ayırmalıdırlar.

İmoladakı testdə Lindblad rahat formada təcrübə qazana bilər. Xatırladaq ki, ötən il Montsada Mercedes-lə birinci dəfə sərbəst yürüşə çıxmış Kimi Antonelli qəza etmiş və azarkeşlərimi məyus etmişdi. Mercedes komandasınşn rəhbəri Toto Volf o hadisədən sonra demişdi ki, Antonelli ümumiyyətlə o vəziyyətə salınmamalı idi.

Hazırda Lindblad Formula 2 çempionatında bir dəfə sprintdə, bir dəfə də əsas yarışsa qazanıb və pilotlar sıralamasında üçüncü pillədə qərarlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et