Xəbəri Kokpitdə Oxuyun!

Bezzekki ölkəsində sürətli başlanğıc edib

MotoGP üzrə İtaliya Qran Prisinin birinci sərbəst yürüşlərində Marko Bezzekki hamıdan sürətli olub.

Kokpit.az bildirir ki, İtaliyada birinci sərbəst yürüşlər başlarkən havanın temperaturu 28 dərəcə, trasın temperaruru isə 43 dərəcə olub.

İlk sürətli dövrəni Ducati komandasından Françesko Banyaya atıb. İtalyan sürücü 1.46.651 zaman nəticəsi göstərsə də, bir az sonra Mark Markes 1.46.293-lük nəticə ilə onu qabaqlayıb. Bu əsnada Raul Fernandes səkkizinci döngədə qəza edib.

Pedro Akosta və Mark Markes ilk döngədə çınqıllığa çıxsalar da, geri qayıdaraq sessiyaya davam ediblər. Françesko Banyaya isə ikinci döngədə çınqıllı zonaya çıxıb.

Bundan sonra Pedro Akosta nəticəsini yaxşılaşdıraraq 1.46.199 zaman nəticəsi göstərib və birinci yerə yüksəlib. İspaniyalı sürücü sonra tras xaricinə çıxıb və çınqıllı zonaya düşməkdən son anda qurtulub.

Sessiyanın son saniyələrində Aprilia komandasının sürücüsü Marko Bezzekki Akosta ilə eyni nəticəni göstərərək, birinci yerə yüksəlib. Bred Binder üçüncü, Mark Markes dördüncü, Fabio Kuartararo beşinci yerləri tutublar.

Rauf Hacıyev

Şərh əlavə et