Araqondakı yarışa 20-ci sıradan başlayan Marko Bezzekki, finiş xəttini Xoan Mirin arxasında – səkkizinci yerdə keçib.
Yarışdan sonra mətbuata danışan Bezzekki bunları bildirib:
“Başladığım yerdən əlimdən gələni etdim, şikayət edə bilmərəm.
Müsbət tərəfdən baxsaq, əlbəttə ki, razıyam. Həm öz çıxışımdan, həm də bütün komandanın işindən məmnunam, çünki motosiklet həqiqətən çox yaxşı işləyirdi.
Ama təbii ki, tam olaraq xoşbəxt deyiləm. Təəssüf ki, yalnız zaman turuna fokuslana bilmirəm, çünki inkişaf işlərini təkbaşına yerinə yetirirəm. Bəzi şeyləri sınamalıyam, çünki komandaya rəy bildirməliyəm.
Motosiklet inkişaf edir. Əlbəttə, hələ də bəzi sahələrdə çətinlik çəkirik, amma çox da şikayət edə bilmərəm. Motosiklet gündən-günə daha yaxşı işləyir”.
Bezzekkinin komanda yoldaşı Lorentso Savadori də (2024-cü ilin çempionu Xorxe Martinin mövsüm əvvəlində yaşadığı zədələrdən sonra Aprilia-da yarışır) sıralanma performansı barədə fikirlərini bildirib: “Bu cür şeyləri yalnız bir günlük testlə inkişaf etdirmək asan deyil.”
“Ümumilikdə sıralanma turu üçün işləməliyik. Bəlkə də motosikleti bir qədər sakitləşdirməliyik və təkərin asfaltla ilişməsinə daha çox köklənməliyik.”
Şərh əlavə et