Kokpit.az xatırladır ki, Aston Martin-də Fernando Alonso çətin idarəetmə xüsusiyyətlərinə malik AMR25 bolidinə daha yaxşı uyğunlaşaraq son həftələrdə performansını artırıb, ancaq Stroll bu maşınla çox çətinlik çəkir.
Bu mövzu ilə bağlı danışan Stroll, boliddəki inkişafı kifayət qədər yaxşı görmür və hələ də komandadan irəliləyiş gözlədiyini bildirib.
Ləns Stroll: “Komandanın gətirdiyi yeniliklırim təsirini qiymətləndirmək üçün telemetriya məlumatlarına baxmaq lazımdır, amma düzünü desəm, heç bir pozitiv hal görmürəm.
Məsələn, Kanada yarış həftəsonu da digər yarışlar kimi keçdi.
Sözün açığı bu boliddə sürət çatışmazlığı var və əminəm ki, Avstriyada da vəziyyət oxşar olacaq. Çünki bu bolidin dəyişməyən bəzi xarakterik xüsusiyyətləri var.
Bəzi problemlər, bəzi məhdudiyyətlər var ki, bunlar bu mövsüm dəyişməyəcək. Yəqin ki, ilin qalan bütün yarışlarında da oxşar mənzərə görəcəyik”.
Şərh əlavə et