Beləliklə, tarixi Jil Vilnöv trası ən az 10 il də təqvimdə qalacaq.
Jil Vilnöv trası 1978-ci ildən Formula 1-i qəbul edir və 4.36 kilometr uzunluğundadır. Burada dar şikanlar, sancaq döngələr və Çempionlar Divarı xüsusilə seçilir.
Formula 1-in rəhbəri Stefano Domenikali: “Formula 1-in 75-ci ildönümündə Jil Vilnöv kimi əfsanənin adını daşıyan Kanada Qran Prisi ilə müqavilə uzatmaq gözəl oldu.
Monreal emosiosı və enerjisi ilə fərqlənən möhtəşəm şəhərdir. Növbəti 10 ildə burada yarışacağımız üçün çox sevincliyəm”.
Qeyd edək ki, yeni müqaviləyə görə Kanada Qran Prisi daha erkən tarixdə keçiriləcək. Bunun da səbəbi loqistik işlərdir.
Monrealın Bələdiyyə Başçısı Valerie Plant bildirib ki, Kanada Qran Prisi ölkənin keçiridiyi ən böyük tədbirdir və yarış Kanada iqtisadiyyatına müsbət təsir edir: “Bu tədbir sadəcə Monrealı yox, bütün ölkəni beynəlxalq arenada tanıdır. Tədbirin uzun illər davam etməsi ortaq qərarlığımızın göstəricisidir”.
Şərh əlavə et