Kokpit.az xatırladır ki, Luka de Meo 2021-ci il mövsümündən əvvəl Renault Formula 1 Komandasını Alpine markası ilə yenidən qurmuşdu. Ancaq bu ad dəyişikliyi də fransız komandasına uğur gətirmədi.
De Meonun rəhbərliyi vaxtında Formula 1 komandasının idarəçiləri də tez-tez dəyişilirdi. 2020-ci ildən bəri fransız komandasını Siril Abutebul, Marçin Budkovski, Otmar Safnauer, Bruno Famin və Oliver Ouks idarə etmişdi. Keçən il isə Formula 1-in ən qalmaqallı adamlarından biri olan Flavio Briatore Alpine komandasına məsləhətçi kimi gəlmişdi.
Luka de Meo Renault Qrupundan ayrılaraq avtomobil sektoru xaricindəki fürsətləri dəyərləndirəcək.
Renault bu barədə belə açıqlama verib: “Renault Qrupunun başında keçirdiyi 5 ildən sonra Luka de Meo vəzifəsindən ayrılaraq avtomobil sektorundan xaric sahələrə yönlənmək qərarı alıb.
İdarə Heyətinin Rəhbəri Jan-Dominik Senarın rəhbərliyində toplanan iclasda Luka de Meoya təşəkkür edilib. Onun ayrılığı 15 iyul 2025-ci ildən etibarən qüvvəyə minəcək. Luka de Meo o müddətə qədər vəzifəsini icra edəcək”.
Şərh əlavə et