Kokpit.az xatırladır ki, Kanada yarışının son dövrələrində McLaren komandasının sürücüləri dördüncü yer uğrunda mübarizə apararkən Lando Norris arxadan Oskar Piastriyə təmas edib. Yekunda Lando Norris mübarizəni dayandırıb. Oskar isə yarışı dördüncü yerdə bitirərək, çempionatdakı liderliyini bir az da möhkəmləndirib.
Oskar Piastri: “Təbii ki, heç kim üçün ideal hal deyil, amma hələki görüntülərə baxmamışam. Tam olaraq nə baş verdiyini bilmirəm. Lakin Lando tamamilə məsuliyyəti öz üzərinə götürdüsə, vəziyyət deməli belədir.
Ümumilikdə çətin yarış idi və nəticə istədiyimiz kimi olmadı.
Məncə, Lando ilə aramızdakı mübarizə ədalətli idi. Onuncu döngədə mənə yaxşı hücum etdi və mən də şikan bölgəsində yerimi qorudum. O ana qədər sərt, amma təmiz mübarizə idi.
Yenə deyirəm. İnsidenti hələ izləməmişəm, amma Norrisin pis niyyətli olduğunu düşünmürəm. Bu sadəcə şanssız vəziyyət idi.
Əlbəttə, gedib təkrara baxacağam, ancaq ikimiz də Dünya Çempionluğu uğrunda mübarizə aparırıq və bizə sərbəstlik verdiklərinə görə komandama təşəkkür edirəm”.
Oskar Piastri sonda bildirib ki, bu insidentin komandadaxili mübarizəyə təsiri olmayacaq: “Bu halın bir şeyi dəyişdirəcəyinə inanmıram. Bu mövsüm ərzində yarışmağa davam edəcəyik”.
Şərh əlavə et