Kokpit.az xatırladır ki, niderlandlı sürücü Kanada Qran Prisini başladığı yerdə -ikinci yerdə – bititib.
Maks Ferstappen yarışdan sonra bildirib ki, strategiyaları son həddə olub, ancaq yarışın sonlarında özlərinə gəliblər: “Çox yaxşı yarış idi. İlk iki hissədə təkərlərlə çox çətinlik çəkdik, amma aqressiv strategiya seçmişdik. Yenə də son pitdən sonra özümüzə gəldik və çən boşaldıqdan sonra tempimiz yaxşı idi.
Strategiya ilə hücum etdik. Arxadakı maşınlara qarşı isə müdafiə olunmaq məcburiyyətində qaldıq. Amma bu, bizim üçün işə yaradı. Bu gün ala biləcəyimiz maksimum nəticəni qazandıq”.
Niderlandlı sürücü gələcək üçün təmkinli danışıb: “Mövsüm uzundur. Yarış-yarış irəliləmək lazımdır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Şərh əlavə et