Xəbəri Kokpitdə Oxuyun!

L.Norris üzr istəyib

McLaren-in sürücüsü Lando Norris komanda yoldaşı Oskar Piastri ilə təmasına görə üzr istəyib.

Kokpit.az xatırladır ki, Kanada yarışının son dövrələrində McLaren komandasının sürücüləri dördüncü yer uğrunda mübarizə apararkən Lando Norris arxadan Oskar Piastriyə təmas edib. Yekunda Lando Norris mübarizəni dayandırıb. Oskar isə yarışı dördüncü yerdə bitirərək, çempionatdakı liderliyini bir az da möhkəmləndirib.

Lando Norris yarışdan sonra verdiyi açıqlamada məsuliyyəti öz üzərinə götürüb: “Heç kimi günahlandırmıram. Bu, tamamilə mənim səhvim idi. Buna görə də komandadan və Oskardan üzr istəyirəm. Çox axmaq bir şey sınadım. Onun yarışını məhv etmədiyim üçün sevincliyəm.

Bu gecə yatmağa gedəcəyəm, hamıdan yenidən üzr istəyəcəyəm və sonra həyarıma davam edəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et