Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli ilk podiumundan sonra sevinclidir

Mercedes komandasının sürücüsü Kimi Antonelli Kanada yarışında ilk podiumunu qazandıqdan sonra sevincini gizlətməyib.

Kokpit.az xatırladır ki, italyan sürücü Kanada yarışına dördüncü yerdən başlasa da, startda daha yaxşı tərpənərək, Oskar Piastrini geridə qoyub. O, bəzən Maks Ferstappenlə də ikinci yer uğrunda mübarizə aparsa da, sonda üçüncülüklə barışıb və Formula 1 karyerasının ilk podiumunu əldə edib.

Kimi Antonelli: “Çox stressli, amma inanılmaz dərəcədə xoşbəxtəm.

Yarışa yaxşı başladım və üçüncü yerə yüksələ bildim. Ondan sonra ön qrupda qalmağı bacardım.

Sonuncu pit-stoplardan sonra Maksın arxasında var qüvvəmlə sürdüm və sol ön təkərimi yedim. Buna görə də yarışın sonlarında bir az çətinlik çəkdim. Ancaq podiuma yülsəldiyim üçün doğrudan da çox sevincliyəm.

Bu tras bizim üçün doğrudan da yaxşı oldu. Bolid həftəsonu ərzində əla idi. Ümid edirəm ki, bu tempimizi növbəti yarışlara da daşıya bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et