Xəbəri Kokpitdə Oxuyun!

FİA Red Bull-un şikayətini rədd edib

Red Bull komandası Corc Rassellin Kanada yarışı ərzində qaydaları pozduğunu səbəb göstərərək, britaniyalı sürücünü stüardlara şikayət edib. Lakin “qırmızı öküzlər”in bu şikayəti rədd edilib.

Kokpit.az bildirir ki, Corc Rassell Kanada yarışından sonra podiumda şampan partlatsa da, qələbəsi təhdid altına düşüb, çünki yarışdan sonra Red Bull komandası iki ayrı səbəbdən FİA-ya şikayət verib.

İki McLaren pilotu Oskar Piastri ilə Lando Norrisin insidentindən sonra trasa təhlükəsizlik maşını girib. Lakin təhlükəsizlik maşını rejimində yarışın lideri Corc Rassell özünü yaxşı aparmayıb.

Red Bull komandası bildirib ki, britaniyalı sürücü təhlükəsizlik maşınınıb arxasında qeyri-stabil formada əyləcə basıb. Bundan başqa təhlükəsizlik maşını ilə 10 maşınlıq məsafədən çox boşluq buraxıb.

Təxminən 45 dəqiqə ərzində həm Maks Ferstappen, həm də Corc Rassell stüardlara izahat veriblər. Qərar isə yarışdan təxminən 6 saat sonra açıqlanıb.

Sonda stüardlar bu qərarı veriblər: “Red Bull komandası 63 nömrəli maşının (Corc Rassell) təhlükəsizlik maşını arxasında qeyri-stabil sürdüyünü və idmançı ruhuna zidd davranaraq 1 nömrəli maşının ( Maks Ferstappen) onu keçdiyini iddia etməsinə görə şikayət edib. Stüardlar bu şikayətin əsassız olduğuna qərar verib və onu rədd edib.

63 nömrəli maşının qeyri-stabil formada əyləcə basdığı ilə bağlı qənaitimiz yoxdur və onun açıqlamasını qəbul edirik.

Bundan başqa bir nömrəli maşının onu keçməsini deməsi idmançı ruhuna zidd hərəkət deyil.

Etirazda bu açıq formada bildirilsə də, zamanlama və əylənmənin şiddətinə görə bu hərəkətə idmançı ruhuna ziddir deyə bilmərik”.

Beləliklə Red Bull komandasının etirazının rədd edilməsi ilə Corc Rassell qələbəsini qoruyub.

Rauf Hacıyev

Şərh əlavə et