Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: İnanılmaz nəticədir

Mercedes komandasının sürücüsü Corc Rassell Kanada Qran Prisindən sonra inanılmaz nəticə qazandıqlarını deyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü pouldan başladığı Kanada yarışında rahatlıqla qalib gəlib. Onun komanda yoldaşı Kimi Antonelli isə dördüncü yerdən başladığı yarışı üçüncü yerdə bitirərək, Formula 1 karyerasının ilk podiumunu əldə edib.

Corc Rassell: “Yenidən podiumun zirvəsində olmaq gözəl hissdir. Son qələbəmizi Las Veqasda qazanmışdıq. Keçən il isə burada qələbəni əldən qaçırmışdıq. Amma dünənki poul dövrəmin hesabına bu gün qələbə qazandıq.

Kimini podiumda görmək sevindirici haldır. Komansa üçün inanılmaz haldır. Bizi yenidən qələbə uğrunda mübarizəyə qaytardıqları üçün komandaya təşəkkür edirəm. Buna görə özümü yaxşı hiss edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et