Kokpit.az xatırladır ki, Kanada yarışının son dövrələrində McLaren komandasının sürücüləri dördüncü yer uğrunda mübarizə apararkən Lando Norris arxadan Oskar Piastriyə təmas edib. Yekunda Lando Norris mübarizəni dayandırıb. Oskar isə yarışı dördüncü yerdə bitirərək, çempionatdakı liderliyini bir az da möhkəmləndirib.
Andrea Stella: “Bir McLaren-in qəza etməsini istəmərik. Hələ iki McLaren-in bir-birilə təması lap arzuolunmazdır. Bu bizim üçün qəti prinsipdir.
Ancaq bu təmasın səbəbi Landonun öndəki maşınla məsafəni düzgün dəyərləndirməsidir. Yəni ki, pis niyyət yox idi”.
Stella əlavə edib ki, Lando Norris qəzadan dərhal sonra məsuliyyəti öz üzərinə götürüb: “Lando o dəqiqə məsuliyyəti öz üzərinə aldı, ancaq yenə də bu barədə danışmalıyıq və qəzanı təhlil etməliyik.
Komanda olaraq prinsiplərimiz məlumdur. Sürücülərimiz də bu insidentdən dərs çıxaracaqlar və biz yarışmağa davam edəcəyik.
Bu insidentə görə Lando Çempionatda vacib itki verdi. Komanda da burada xal itirdi. Bu qəza qətiliklə yaşanmamalı idi”.
Şərh əlavə et