Kokpit.az xatırladır ki, Kanada Qran Prisinin üçüncü sərbəst yürüşlərində Oskar Piastri çempionlar divarına təmas etdikdən sonra qırmızı bayraqlar çıxmışdı. Avstraliyalı sürücü yavaş-yavaş pitə qayıdarkən Yuki Tsunoda qırmızı bayraqlar altında onu ötmüşdü.
Yuki bu həmləni etmə səbəbi olaraq demişdi ki, o Piastrinin maşınından çıxacaq qırıntılardan qaçmaq istəyib. Stüardlar isə bu səbəbi yetərli görməyib və Piastrinin 81 km/saat ilə getdiyini, Yukinin usə 171 km/saat ilə onu ötdüyünü deyiblər.
Stüardlar yaponiyalı sürücünün bu hərəkətinə görə ona startda 10 yer itirmək cəzası veriblər və onun lisenziyasıba iki cəza balı yazıblar. Bununla da Yuki yarışa sonuncu yerdən başlayacaq.
Yuki Tsunoda: “Bilirəm ki, qırmızı bayraqda ötmə etmək olmaz. Amma zədəli maşının arxasında pitə qədər gözləmək… Gərək bir qırıntının mənə çıxıb dəyməməsi üçün dua edərdim.
Təkərin yana doğru getdiyini gördüm. Qorxdum ki, mənə doğru gələr. Oskarın önündəki maşına və arxamdakı vəziyyətə baxdım. Buna görə də diqqətli formada və tərs yöndən 170 km/saat ilə onu keçdim.
Bu normal sürətimizin yarısıdır. Buna baxmayaraq cəza aldım. Startda 10 yer itirmək cəzası almaq məncə, axmaqlıqdır. Nə edim bilmirəm.
Belə görürəm ki, Oskarın arxasında gözləməli idim. Amma mən qırıntıların mənə çırpılmamasını istəyirdim. Xüsusən də zədəli maşın belə yavaş gedərkən. Məncə, bu cəzaya layiq deyiləm.
Yarışa sonuncu yerdən başlamaq əsəbpozucudur. Son iki ildə belə arxa yerlərdən başlamağa öyrəşməmişdim. Bundan həzz almıram. Amma olan oldu. İndi yerlərimi geri almağa çalışacağam”.
Şərh əlavə et