Kokpit.az xatırladır ki, monakolu sürücü cümə günün birinci sərbəst yürüşlərdə qəza etmiş və buna görə də bütün cümə gününü buraxmalı olmuşdu. Buna baxmayaraq Şarl sıralanma turunda pis görünmürdü və poul üçün namizədlərdən biri idi. Lakin o, sonuncu və həlledici cəhdində səhv edərək, səkkizinci yerlə razılaşmalı olub.
Şarl Lekler: “Doğrudan da məyusam, çünki cümə günü yaşananların bugünkü performansıma pis təsir etdiyini düşünmürəm”.
Ferrari komandasının sürücüsü bildirib ki, o son cəhdinə yaxşı başlasa da, altıncı və yeddinci döngədə önündə gedən Həcərin çirkli havasına məruz qalıb və maşının arxasını itirib: “Hacar 100-150 metr önümdə idi. Bu əngəlləmə deyil, amma bu qədər dar bir trasda çirkli hava maşına çox təsir edir. Maşının arxa tərəfini itirdim və dövrəm məhv oldu.
Bu gün doğrudan da inanmışdım. Maşının poul qazanmaq üçün tempi var idi. Təkər seçimi bizə pouldan etdi? Bilmirəm. Amma çox yaxın idik. Buna görə də çox məyusam”.
Şərh əlavə et