Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Üçüncü yerdən razıyam

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, üçüncü yerdən razıyam.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü çətin keçən sərbəst yürüşlərdən sonra Kanada Qran Prisinin sıralanma turunda üçüncü olub.

Oskar Piastri: “Sərbəst yürüşlərin necə keçdiyini düşünəndə özümlə qürur duyuram. Bu, doğrudan da gözəl geridönüş oldu.

Son sessiyada bilmirdik Soft təkərdən istifadə edək yoxsa Medium təkərdən. Sonda Soft təkəri seçdik, çünki bir neçə problemlə üzləşirdik və stabilliyi qorumaq istədik.

Üçüncü yerdən razıyam. Bu il üçün bir az fərqli nəticədir, amma qətiliklə qəbul edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et