Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Düzgün təkər seçdik

Red Bull komandasının sürücüsü Maks Ferstappen düşünür ki, təkərlərdə düzgün seçim ediblər.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü son cəhdlərdən sonra müvəqqəti də olsa, poul qazansa da, Corc Rassell onu qabaqlayıb. Beləliklə, dördqat Dünya Çempionu sabahkı yarışa ikinci yerdən başlayacaq.

Maks Ferstappen: “Həftəsonu ərzində özümü çox yaxşı hiss etdim. Bolidib sazlanma aralığı doğrudan da çox yaxşı idi.

Düzlüklərdə güclü olmalısınız buz ümumilikdə bu mövzuda çox yaxşıyıq. Buna görə də sıralanma turundan çox razə qaldım.

Təkər seçimini etmək çətin oldu. Hansını istifadə edə biləcəyimizə qərar verə bilmirdik. Amma məncə, doğru qərarı verdik.

Görək sabah nə edirik. Bugünkü nəticədən hazırda çox razıyam. İlk cərgədə olmaq əla hissdir. Ümid edirəm ki, yaxşı yarış keçirəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et