Kokpit.az xatırladır ki, britaniyalı sürücü Kanada Qran Prisinin sıralanma turunda beşinci yeri tutub.
Lyuis Həmilton: “Maşın sazlanmasında əlimizdən gələnin ən yaxşısını etdik.
Ancaq ön qrupdakı rəqiblərimizlə mübarizə apara biləcəyimizi düşünmürəm. Bunu qəbul etmək lazımdır.
Şarl dövrəsinə yaxşı başlamışdı, amma tamamlaya bilmədi. Bəlkə bir az da yaxşı nəticə göstərərdi, amma bizi ön cərgəyə apara bilməzdi”.
Hamilton sıralanma turunun üçüncü sessiyasında digər komandaların Medium təkərlərdən istifadə edərkən Ferrari-nin niyə Soft təkərdə qaldığını sorğulayıb: “Digər sürücülər Mediun təkərlərdən istifadə edirdilər, niyə bu barədə düşünmədiyimizə əmin deyiləm.
Soft təkərin daha yaxşı olduğunu dedilər və biz də bununla razılaşdıq.”
Yarışla bağlı gözləntiləri barədə Həmilton ehtiyatla danışıb: “Ümid edirəm ki, yarışdan zövq alacağam. İspaniyada yaşadığımız problemlərin yenidən baş verib-verməyəcəyini bilmirəm, amma bunun bir daha təkrarlanmaması üçün əlimizdən gələni etdik.
Bu trası çox bəyənirəm. Hər trek ilk dəfədir ki, Ferrari-ni bu trasda idarə edirəm və öyrəşmək çox çətindir. Bu, fərqli avtomobildir.”
Həmilton təkər üstünlüyünü də vurğulayıb: “Yeni Medium və iki yeni Hard təkərlərim var. Qarşımdakı rəqiblərimə bir az üstünlüyə malik ola bilərəm. Mən hələ də podiumu hədəfləyirəm və yarışda bunun arxasınca getməyə çalışacağam.”
Şərh əlavə et