Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Əla dövrə idi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, həyatının ən həyəcanlı dövrələrindən birini vurub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Kanada Qran Prisinin sıralanma turunda poul qazanıb. O, sabah Maks Ferstappenlə yarışa ilk cərgədən başlayacaq.

Corc Rassell: “Bu gün əla idi. O dövrə həyatımın ən həyəcanlı dövrələrindən biri idi. Sükanımda delta zamanını görə bilirdim. Hər döngədə sürətli idim.

Son döngəyə gələndə üstünlüyüm yaxşı idi. Öz-özümə bu dövrə əladır dedim. Finiş xəttini keçəndə birinci olduğumu görənsə doğrudan da təəccübləndim və çox razı qaldım.

Ferstappenlə aramız yaxşıdır və dostuq. Hər şey qaydasındadır. Cəza xalı cəhətdən daha rahatam. Bir neçə xalım hələ də var. Görək nə olur”.

Rauf Hacıyev

Şərh əlavə et