Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Axmaq səhv idi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, birinci sərbəst yürüşlərdə axmaq səhv edib.

Kokpit.az xatırladır ki, monakolu sürücü birinci sərbəst yürüşlərdə dördüncü döngənin çıxışında qəza edərək, maşının şassisinə zərər verib.

Cümə günündən sonra jurnalistlərin suallarına cavab verən Şarl Lekler bildirib ki, əhvalını pozmur və sıralanma turuna qədər tamamilə hazır olacaq: “Əvvəla bütün komandanın adına məyusam. Çox axmaq qəza idi. Əylənmə zamanı təkərlər kilitləndi. Düşündüm ki, döngəni dönə bilərəm. Qazon sahəyə çıxacağımı bilirdim, amma fikirləşdim ki, divara təmas etməyəcəyəm. Ancaq qazonlu sahəyə girəndə yer qalmadığını anıadım. Bu tamamilə səhv dəyərləndirmə idi.

Təkərin şassiyə çırpılması ilə şassidə çat əmələ gəldi. Eyni gün iki şassidən istifadə edə bilməyəcəyimiz üçün bütün günü trasdan kənarda keçirməli olduq. Bu doğrudan da çox məyusedicidir. Çünki bu gün çox dövrə vurmalı idik. Müsbət tərəf isə maşında özümü yaxşı hiss etməyim idi. O an üçün çox rəqabətədavamlı idik.

Təbii ki, bu, sadəcə günün üçüncü dövrəsi idi, amma maşındakı hissiyyat mənə inam verdi. Bu qəza özümə olan inamı sarsmadı və əminəm ki, həftəsonuma təsir etməyəcək”.

Şarl Lekler ikinci sərbəst yürüşlərdə trasa çıxmayıb. İndi onu çox vacib üçüncü sərbəst yürüşlər gözləyir. 27 yaşlı sürücü həm temp tutmaq, həm də sıralanma turuna hazır olmaq üçün bu sessiyanı dəyərləndirməlidir.

Ferrari komandasının sürücüsü bu barədə bunları deyib: “Sıralanma turunda yaxşı temp tutacağımıza əminəm. Nə qədər güclü olacağımızı isə görəcəyik. Mən sıralanma turuna 100 faiz hazır olacağam”.

Rauf Hacıyev

Şərh əlavə et