Kokpit.az bildirir ki, ikinci sərbəst yürüşlər başlayan kimi Haas komandasının sürücüsü Oliver Berman Medium təkərlərlə trasa çıxıb. Lyuis Həmilton da eyni tərkiblərlə yerlisinin dalınca boksdan çıxıb.
Sauber komandasının sürücüsü sessiya ərzində Hard təkərdən istifadə edən ilk sürücü olub. Aston Martin komandasının sürücüləri, Corc Rassell və Aleksander Elbon isə Soft təkərlərlə dövrələr vurublar.
Sessiyanın ilk dəqiqələrndə Ləns Stroll sol ön asılqanını qıraraq, qaçış zonasında dayanıb. Bu insidentə görə qırmızı bayraqlar çıxmayıb. Təkrarda isə Strollun maşınının öndən sürüşdüyü və yüksək sürətlə divara təmas etdiyi görünüb.
İlk 20 dəqiqədən sonra Mercedes komandasının sürücüsü Corc Rassell birinci yerdə olub. Əksər sürücülər asfaltla ilişmədən, McLaren komandasının sürücüləri isə əyləclərdən şikayət ediblər.
Ümumilikdə isə sürücülər bu sessiyada yarış strategiyasını qurmaq üçün yarış tempində işləmək istəyirdilər. Ancaq əksər komandalar arxa tərəfin balansının zəifliyinə görə sazlanmalar axtarıb.
Bu trasda ilk dəfə sürən Alpine komandasının sürücüsü Franko Kolapinto da asfalta uyğunlaşmaqda çətinlik çəkib və gün ərzində ikinci dəfə yerində fırlanıb.
Sessiyanın yarışı geri qalan zaman sürücülər trafikdən şikayət ediblər. Racing Bulls komandasının sürücüsü Liam Louson az qala Alpine komandasının sürücüsünə çırpılırdı. Ayzek Hacar isə bir Sauber sürücüsündən şikayət edirdi. Williams komandasının sürücüsü isə qəzadan qaçmaq üçün şikanı kəsməli olub.
Sessiyanın yarısından sonra Corc Rassell 1.12.123 zaman nəticəsi ilə zirvədə olub. İkinci yerə isə Ferrari-dən Lyuis Həmilton yüksəlib. Lakin yeddiqat Dünya Çempionu sabiq komanda yoldaşı Corcdan 0.5 saniyə geridə qalıb. Karlos Sayns üçüncü, Ayzek Hacar dördüncü yeri tutublar.
Çempionatın lideri Oskar Piastri Soft təkərlərlə trasa çıxdıqdan sonra nəticəsini yaxşılaşdırıb və komanda yoldaşı Norrisi 0.007 saniyə qabaqlayaraq, üçüncü yerə yüksəlib. Lakin o lider Corc Rasselldən 0.5 saniyə geri qalıb.
Sessiyanın son 18 dəqiqəsində isə ilk 6 yerdə Mercedes motorundan istifadə edən sürücülər olublar – Corc Rassell, Lando Norris, Kimi Antonelli, Aleks Elbon, Fernando Alonso və Oskar Piastri.
Maks Ferstappen 11 dövrə vurmuş Medium təkərlə trasa qayıdıb və təkərlərin qızmasından şikayət edib. Buna görə də şikanı kəsib.
Sessiyanın son dəqiqələrində isə sürücülər yarış tempində işləməyə başlayıblar və Corc Rassell günü zirvədə bağlayıb.
Şərh əlavə et