Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Kanada Qran Prisinin cümə sərbəst yürüşlərində sönük performans göstərib. O, birinci sərbəst yürüşlərdə 11-ci, ikinci sərbəst yürüşlərdə isə 6-cı yeri tutub.
Oskar Piastri: “Qətiliklə deyim ki, günün sonu başlanğıcına nisbətən daha yaxşı idi. Amma hələ də inkişaf etməli nöqtələrimiz var.
Düzgün sazlanma aralığını tapmaq çətin idi. Oraya yaxınlaşırıq, amma bir az da artığını tapmalıyıq. Üstəlik burada yaxşı dövrə vurmaq üçün təkərləri düzgün seçməliyik. Əminəm ki, şənbə günü daha yaxşı olacağıq”.
Oskar Piastri bu həftəsonu maşına gətirilən yeniliklərdən də danışıb və onların gözləntiləri qarşıladığını deyib: “Yenikiklər gözlədiyimiz kimi işlədi. Amma ümid edirəm ki, bir az da yaxşı olar.
Birinci sessiyadan ikinci sessiyaya yaxşı addımla keçdik. İndi eyni addımı bir dəfə də atmağa çalışacağıq. Ortada problem yoxdur. Sadəcə maşını daha yaxşı nöqtəyə gətirməyə çalışırıq. Eybi formada mən də inkişaf etməyə çalışıram”.
Şərh əlavə et