Xəbəri Kokpitdə Oxuyun!

Marko: Maks inkişafa davam edir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirrib ki, Maks Ferstappen hələ inkişaf mərhələsindədir və hələ də maksimum səviyyəsinə çatmayıb.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü bu ik rəqiblərindən geridə qalsa da, iki yarış qazanıb və çempionatda üçüncü yerdədir. O, çempionatın lideri Oskar Piastriyə 49 xal uduzur.

Maks iki qələbədən birini İmolada qazanıb və o yarışın startında Piastriyə etdiyi hücum çox təsiredici olmuşdu.

Helmut Marko: “Şübhəsiz ki, Maks Red Bull tarixinin ən yaxşı pilotudur.

O, daim təkmilləşir. Xüsusilə Imolada üçüncü döngədəki ötməsi inanılmaz idi. Hələ inkişafda son həddə çatdığını düşünmürəm. O, həmişə maşının performansına əlavə nəsə gətirir.

Keçən il Braziliyada yağışda 17-ci yerdən birinciyə yüksəldi. Maks daha az risklə daha sürətli olmağı bacarır. O, yarış boyu tam sürətlə sürmək məcburiyyətində qalmır və olduqca rahat görünür, lakin lazım olanda etməli olduğu şeyi edir. Maks elə ilk dövrədən fərqlənir.

Yağışlı havada trasa çıxanda rəqiblərindən 2-3 saniyə daha sürətli olur. Onun rəqiblərinin tempinə çatması üçün bir neçə dövrə lazımdır. Bu da onun ən güclü tərəflərindən biridir. Keçən il Sinqapurda ikinci olduğumuz yarışdan sonra Suzuka’ya getdiyimiz zaman onun ilk dövrədə yaratdığı fərq o qədər böyük idi ki, buna inana bilmirdik”.

Rauf Hacıyev

Şərh əlavə et