Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Son sessiyaya qalmaq çətin görünür

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bu performansla son sessiyaya çıxmaq çətin məsələdir.

Kokpit.az xatırladır ki, Monreal trası britaniyalı pilotun ən çox sevdiyi traslardan biri olsa da, cümə günü onun üçün heç də yaxşı keçməyib. O günü səkkizinci yerdə bağlayıb.

Lyuis Həmilton: “Burada sürməyi çox sevirəm. Bu gün azarkeşlər də əla idi. Ancaq maşın bu gün daha fərqli idi.

Birinci sərbəst yürüşlər pis keçmədi. Daha sonra bəzi dəyişikliklər etdik. Bu dəyişikliklərdən sonra maşında özümüzü daha yaxşı hiss etdirdi. Amma əslində yavaşladıq ya da rəqiblərimiz sürətləndi deyək”.

Yeddiqat Dünya Çempionu ikinci sərbəst yürüşlərdə son şikanda əyləc problemi yaşayıb. Lyuis bu barədə belə danışıb: “Bəli, o problemi gecə ərzində həll edəcəyimizi düşünürəm. Bəzi dəyişikliklər etməliyik.

Hazırkı tempimiz ilə sıralanma turunda son sessiyaya qalmağımız çətin ola bilər, ancaq mümkünsüz deyil. Yenə də beşlik uğrunda mübarizə aparmaq çətin olacaq. Vəziyyəti düzəltmək üçün gecə ərzində işləyəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et