Kokpit.az xatırladır ki, niderlandlı sürücü Barselona yarışının sonlarında rəqibi Corc Rassellə təmas yaşamış və buna görə də stüardlar onun lisenziyasına 3 cərimə balı yazmışdılar. Bununla da Maksın son 1 ildəki cərimə balları 11-ə yüksəlib. Bu isə o deməkdir ki, iyunun 30-a qədər Maks daha 1 cərimə balı alsa, o bir yarışı buraxmalı olacaq.
Lando Norris: “Maks sürüş tərzinə görə dünyanın ən yaxşılarından biridir. Məncə, heç kim bunu dana bilməz və bu, açıq reallıqdır. Amma bu barədə ondan soruşa bilərsiniz. Mənimlə danışmaq lazım deyil. Əminəm ki, etdiyinə görə çox peşmandır.
Keçən həftə etdiyi şey həmişə etdiyi aqressiv, amma güclü müdafiələrdən bir az fərqli idi. Maks heç kimi yamsılamır və öz tərzində sürür. Uğurlarını da belə qazandı. Bu stilini dəyişdirməsinə heç bir səbəb yoxdur.
Onun yanaşmasında nəyinsə dəyişəcəyini düşünmürəm. Onun nə edəcəyini təxmin etmək olmaz. Əgər bir şey olsa, bəlkə də əvvəlkindən daha çox mübarizə aparacaq.
Ona görə də onun nə edəcəyini təxmin etmək və ya proqnozlaşdırmağa çalışmaq gülüncdür. İnsanların nə edəcəyini təxmin etməyə çalışmağın mənası yoxdur. O, hələ də çempionluq uğrunda mübarizə aparır və bacardığı bütün yarışlarda qalib gəlmək istəyir”.
Şərh əlavə et