Kokpit.az xatırladır ki, fransalı sürücü 2019-cu ildə Enstoun mərkəzli komandaya transfer olmuş və burada bir yarış və bir neçə podium qazanmışdı. Lakin komandadaxili problemlərin artması ilə Esteban 2024-cü ilin sonunda fransız kollektivindən ayrılaraq, Haas komandasına qatılmışdı.
Esteban Okon: “Mən çoxdandır ki, Haas-a gəlmək istəyirdim. Mən nəhayət qərar verdim, çünki komanda ilə mənim məqsədlərimizin eyni olmadığı aydın idi
Mənə yeni çağırış lazım idi və biz birlikdə davam edə bilmədik. Əksər nüanslarda razılaşmaq mümkün olmadı.”
Esteban Okon düşünür ki, Alpine bəzi traslarda sürətli olsa da, qeyri-stabil çıxış edir: “Onlar Bəhreyn kimi bəzi traslarda sürətli idilər və öz üzərlərində işləyirlər. Buna görə də hazırda sonuncu yerdə olmaları orada bitirəcəkləri anlamına gəlmir.
Biz öz tərəfimizdən əlimizdən gələni etməliyik. Amma bəli, burada özümü çox yaxşı hiss edirəm.
Ancaq nə olursa olsun, Alpine komandasının ürəyimdə həmişə xüsusi yeri olacaq. Birlikdə əldə etdiklərimiz çox dəyərli idi. Lakin mən Alpine ilə son dövrlərimi ağlımdan silmək istərdim.”
Şərh əlavə et