Kokpit.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə müqaviləsi ilin sonunda başa çatacaq. Lakin tərəflər hələ də yeni müqavilə bağlamayıblar.
Mercedes Motorsport-un rəhbəri Toto Volff daha əvvəl Rassellə danışıqlara başladıqlarını demişdi.
Buna baxmayaraq Corc Rassell bildirib ki, Mercedes-in hazırda əsas hədəfi gələn il üçün güclü maşın hazırlamaqdır: “Düzünü desəm, biz bu istiqamətdə hələ heç bir irəliləyiş əldə etməmişik, çünki bizim prioritetimiz daha sürətli avtomobil istehsal etməkdir. Gələn il Formula1-də olacağımı bilirəm. Niyyətim və məqsədim Mercedes-də qalmaqdır. Təbii ki, Totonun da niyyəti budur.
Açığını deyim ki, hər iki tərəfin fərqli yol tutması üçün real səbəb yoxdur”.
Başqa iddialara görə Mercedes komandası növbəti mövsüm üçün Maks Ferstappeni transfer etmək istəyir.
Monrealdakı mətbuat konfransında jurnalistlər Maks Ferstappen barədə sual verməsələr də, Corc Rassell belə açıqlama verib: “Sözün açığı, Maks kimi sürücünün radarımızda olması çox təbii haldır. Niyə olmasın? O, Formula 1 tarixinin ən yaxşılarından biridir və bunu anlamaq mümkündür.
Əsas məsələ öz dəyərini isbat etməkdir. Mən də bunu yeddiillik Formula 1 karyeramın hər mərhələsində etmişəm. Buna görə də heç narahat deyiləm.”
Şərh əlavə et