Xəbəri Kokpitdə Oxuyun!

Alonso: 2026-cı ilə görə çətinlik çəkirik

Aston MArtin komandasının sürücüsü Fernando Alonso düşünür ki, onlar 2026-cı il maşınına fokuslansalar da, builki maşını da təkmilləşdirməlidirlər.

Kokpit.az xatırladır ki, Aston Martin komandası bu il gözləntiləri qarşılaya bilmir. “Yaşıllar” bəzi yarışlarda ən zəif maşın təəssüratı bağışlayıblar.

Fernando Alonso: “Maşının balansı il boyu heç vaxt düzgün olmayıb. Ola bilsin ki, yalnız təsnifat mərhələsində işlər yaxşı gedir, amma çatışmazlıqlar yarışda daha aydın görünür. İmola və Monakoda mühərrik problemləri ilə xal itirdik. İndi biz problemləri başa düşürük, lakin 2026-cı ilə də hazırlaşdığımız üçün diqqətimizi onların həllinə yönəldə bilmirik”.

Veteran sürücü bildirib ki, növbəti 15 yarışda böyük yeniliklər olmayaca: “Çətin olacaq. Rəqiblərimiz podiuma çıxmamaqdan narazı olsalar da, biz hələ də sıralanma turunda birinci sessiyadan çıxmağa çalışırıq. Amma biz komanda olaraq bir yerdəyik, motivasiyamızı itirmirik. Əlimizdə olanlarla ən yaxşı nəticəni əldə etməyə çalışırıq”.

Fernando Alonso həm də aerodinamik fayda və aşağı olan düzlük sürətlərindən də danışıb: “Döngələrdə tutuma bilmək üçün asfaltayatma qüvvəsi lazımdır. Amma bunun üçün düzlük sürətini fəda etməliyik. Bu da yarışda bizi geriyə salır.

Ədrian Nyuiyə görə növbəti mövsümə böyük motivasiya ilə hazırlaşırıq. Ancaq hazırkı problemləri həll edə bilməsək, yeni dövrə də hazır ola bilmərik”.

İkiqat Dünya Çempionu əzəli rəqibi Lyuis Həmiltonun Ferrari komandasındakı çətin başlanğıcından da danışıb: “Lyuis möhtəşəm sürücüdür. Ancaq hazırda çətinlik çəkir, amma belə maşınlara öyrəşmək heç də asan deyil. Yenə də vəziyyətə yaxşı nəzarət edir”.

Rauf Hacıyev

Şərh əlavə et